黄漫画之舞蹈房,娇喘声此起彼伏

发布日期:2021年01月26日
Azərbaycan əsilli fransız aktyor koronavirusdan ölüb
Azərbaycan əsilli fransız aktyor koronavirusdan ölüb Azərbaycan əsilli fransız aktyor, rejissor və ssenarist Robert Hosseyn vəfat edib.
Mədəniyyət siyasəti
2043
31 Dekabr , 2020 17:31
Azərbaycan əsilli fransız aktyor koronavirusdan ölüb
Robert Hosseyn

Azərbaycan əsilli fransız aktyor, rejissor və ssenarist Robert Hosseyn vəfat edib.

“Report”un Fransa bürosu xəbər verir ki, tanınmış rejissor dekabrın 31-də 93 yaşında koronavirusdan dünyasını dəyişib.

Qeyd edək ki, Robert Hossein karyerasına 1940-cı illərdən aktyor kimi başlayıb. Vittel şəhərində yaşayan R.Hossein 1950-ci illərdə teatr yaradıcılığına başlamazdan əvvəl ilk filmlərini çəkib. O, “Döyüş gəmisi Potyomkin”, “Səfillər”, Yuli Sezar”, “İsa”, “Danton”, “Robespyer” kimi 20-dən çox filmin müəllifidir. Onun sonuncu filmi “Məryəm adlı qadın” filmi olub.

R.Hosseinin ən böyük tamaşası 1978-ci ildə yaratdığı və Fransa paytaxtında təqdim etdiyi “Paris Notre Dame” tamaşası olub. Səhnə əsərini 580 min tamaşaçı izləyib və bu, onun ən uğurlu tamaşası hesab olunur.

Anası ukraynalı olan R.Hossein cari ilin avqust ayında Kiyev Beynəlxalq Molodist Film Festivalının xüsusi mükafatına layiq görülüb.

O, Bakıda da səfərdə olub.

Son xəbərlər

Orphus sistemi